Anal sekslə kimlər məşğul olur?
Anal seks adətən kişilər arasında homoseksual əlaqə ilə assosiasiya olunsa da, araşdırmalar təsdiq edib ki, heteroseksual cütlüklər arasında da anal seks edənlər var. Kişi-kişi, kişi-qadın, və qadın-kişi (kişi passiv rolda) anala seksi zamanı passiv (qəbul edən tərəf) anal seksin gətirdiyi risklərdən və onun nəticələrindən xəbərdar olmalı və gələcəkdə fəsadların qarşısını almaq üçün uyğun tədbirlər görməlidir.
Düz bağırsaq seks üçün deyil.
Anal seks kişi cinsiyyət orqanının (və ya onu əvəz edən digər obyektin) düz bağırsağa yeridilməsi ilə seksual həzzin stimulyasiya olunmasıdır. Əvvəla ondan başlayaq ki, düz bağırsaq bunun üçün nəzərdə tutulmayıb. Buna görə də bir sıra zöhrəvi (cinsi yolla yoluxan) xəstəliklərə yoluxma riski anal seskdə vaginal seksə nisbətən daha yüksəkdir. Düz bağırsaqda vaginadan fərqli olaraq təbii lubrikasiya yoxdur. Buna görə də, anal seks zamanı bol-bol lubrikantdan istifadə etmək lazımdır. Bu bir sıra xoşagəlməz halların qarşısını alır və anal seksin daha komfortlu olmasına xidmət Düz bağırsağın dərisi çox nazikdir. Anal seks zamanı onun daxili divarlarında çatlar və dəliklər əmə gələr. Bu seks zamanı özünü göynətmə və ağrı, bəzən isə qanaxma ilə göstərə bilər. Lubrikantların istifadəsi bunun qarşısını ala bilər. Bundan başqa, anal seksə başlamazdan qabaq partyorunuzun rahat olduğuna (eng. relaxed) əmin olun, ehtiyatla daxil olun və seks zamanı penisin irəli-geri hərəkətlərinin qaba olmamağına diqqət edin.
Hansı xəstəliklərə yoluxmaq olar?
Digər sekslər kimi, qorunmamış anal seks sizin bir sıra zöhrəvi (cinsi yolla yayılan) xəstəliklərə yoluxma riskinizi artırır. Qoruyucusuz anal seks zamanı siz qoruyucusuz vaginal seksə nisbətən daha böyük yoluxma riski daşıyırsınız. Yuxarıda dediyimiz kimi, anal seks zamanı düz bağırsaqda yaranan mikroçatlar virusun birbaşa bədəninizə keçməsi ilə nəticələnə bilər.
Qorunmamış anal seks zamanı bu xəstəliklərə yoluxa bilərsiniz:
§ HİV . AİDS
§ HPV (Human papillomavirus)*
§ Xlamidia
§ Qonoreya
§ Hepatit A, B, C
§ Mikoplazma
§ Sifilis
§ Ureaplazma
* HPV virusuna yoluxma düz bağırsaq xərçənginə yol aça bilər. Düz bağırsaq xərçəngi çox nadir xəstəlikdir. Anal seks bunun birbaşa səbəbi deyil – qorunmamış anal seks buna səbəb olur. Mütləq qorunun!
Digər problemlər:
Anal dəliyin ətrafənda sfinktr adlanan həlqəvari əzələ var. Aşırı anal sekslə məşğul olma, müxtəlif əşyaların anusa soxulması və fisting (əlin/qolun soxulması) sfinktrın zəifləməsinə gətirib çıxara bilər. Nəticədə siz müəyyən dövrdən sonra nəcisinizi saxlamaya bilərsiniz. Bundan başqa, bağırsaq çatları sizin həyatınızı kabusa çevirə bilər. Bağırsaq çatları çox ağrılıdır və müalicəsi uzun müddət çəkə bilər. Əgər bundan əziyyət çəkirsinizsə, mütləq həkimə müraciət edin. Anal seks gemoroya səbəb ola bilər!
Mənbə: Vikipedia: http://en.wikipedia.org/wiki/Anal_sex#Health_risks
Tərcümə: queer fOlk
Yukləmə:

anal_seks_haqda_bilmli_olduqlarmz.pdf |